Dəhşətli qəzada ölənlər və yaralananlar var

Dəhşətli qəzada ölənlər və yaralananlar var

11 Aprel 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın Bəlucistan əyalətinin Xub rayonunda dəhşətli qəza baş verib. Belə ki, sərnişin daşıyan avtobus gözlənilmədən idarəetmədən çıxaraq yarğana yuvarlanıb. Nəticədə avtobusda olanlardan 13 nəfəri hadisə yerində dünyasını dəyişib. Bundan əlavə avtobusda olanlardan 20 nəfər də yaralanıb.

Dəhşətli qəza ilə bağlı Geo TV-nin yaydığı məlumata görə, sərnişin avtobusunda olanlar Şah Noorani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) ziyarətə gedirlərmiş. Qəza nəticəsində ölənlərin saylarının artacağı ehtimal edilir.

Oxuməni.az