Yaponiya, Çin və Cənubi Koreya üçtərəfli sammit keçirmək niyyətindədir

Yaponiya, Çin və Cənubi Koreya üçtərəfli sammit keçirmək niyyətindədir

10 Aprel 13:45
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya, Çin və Koreya Respublikası mayın sonunda rəhbərlik nümayəndələrinin üçtərəfli görüşünü keçirmək niyyətindədirlər.

Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Hazırda tərəflər mayın 26-27-də Cənubi Koreyada danışıqlar aparmaq variantını nəzərdən keçirirlər. İclas baş tutarsa, o zaman Yaponiyanın Baş naziri Fumio Kişida, Çinin Dövlət Şurasının Baş naziri Li Qianq və Koreya Respublikasının Prezidenti Yun Seok Yeol iştirak edəcək.

Onların Şimali Koreya da daxil olmaqla regional məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, hər üç ölkənin üçtərəfli sammiti ilk dəfə 2008-ci ildə baş tutub. O vaxtdan bəri, sonuncusu 2019-cu ildə olmaqla səkkiz belə görüş keçirilib.