![Hindistanda avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb](http://oxumeni.az/images/2024/04/10/010-4.jpg)
Hindistanda avtobus qəzaya uğrayıb, 12 nəfər ölüb
Hindistanın mərkəzindəki Çhattisqarh əyalətinin Kumhari rayonunda avtobusun qəzaya uğraması nəticəsində özəl firmanın ən azı 12 işçisi ölüb, 14 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi məlumat verib.
Yaralananlar xəstəxanaya yerləşdiriliblər, onların vəziyyəti stabildir.
Qəzanın səbəbi müəyyənləşdirilir. Yerli administrasiya hadisə ilə bağlı araşdırmalara başlayıb.
Digər xəbərlər