"Əş-Şifa" ətravında  HƏMAS-ın 200 üzvü məhv edilib

"Əş-Şifa" ətravında HƏMAS-ın 200 üzvü məhv edilib

9 Aprel 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin "Əş-Şifa" xəstəxanası ətrafından öz hərbi qüvvələrini çıxarmasından sonra bəzi dəhşət doğuran faktlar ortaya çıxıb. Bununla bağlı "Əl-Cəzirə" telekanalının yaydığı məlumata görə, "Əş-Şifa" xəstəxanası ətrafında təxminən 400 nəfərə yaxın adamın cəsədi tapılıb. Hazırda bununla bağlı araşdırma aparılır və cəsədlərin kimliyi müəyyənləşdirilir.

Öz növbəsində baş nazir Benyamin Netanyahu bildirib ki, "Əş-Şifa" xəstəxanası ətrafında İsrail ordusu tərəfindən 200 nəfər HƏMAS terrorçusu məhv edilib. Onun sözlərinə görə, əməliyyat zamanı xəstəxananın əməkdaşlarına, tibbi heyətə, mülki şəxslərə hörmətlə yanaşılıb və onlara xəsarət yetirilməyib.

Cəsədi tapılan şəxslərin orada müalicə alan xəstələrə aid olması inandırıcı görünmür. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 18-dən bəri "Əş-Şifa"da 21 xəstə öldüyünü bəyan edib.

Oxuməni.az