ABŞ və Çin dövlət başçılarının qarşılıqlı səfərləri nəzərdə tutulmayıb

ABŞ və Çin dövlət başçılarının qarşılıqlı səfərləri nəzərdə tutulmayıb

9 Aprel 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Çin dövlət başçılarının qarşılıqlı səfərləri nəzərdə tutulmayıb.

Bununla bağlı NHK telekanalına müsahibəsində Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib ki, dövlət başçıları hələlik bu barədə fikirləşmirlər və məsələ gündəmdə deyil.

O xatırladıb ki, Bayden qarşıdan gələn prezident seçkilərinə hazırlaşır və bu çərçivədə də ölkə daxilində keçirilən müxtəlif səviyyəli görüşlərdə iştirak edir.

Konkret olaraq Çinə gəlincə, Sallivan deyib ki, Bayden həmkarı Si Cinpin ilə vaxtaşırı telefonla əlaqə saxlayır və bu zaman tərəfləri narahat edən beynəlxalq problemlər barədə fikir mübadləsi edilir.

Oxuməni.az