Genosid ittihamı Almaniya ilə Nikaraqua arasında qalmaqala səbəb olub

Genosid ittihamı Almaniya ilə Nikaraqua arasında qalmaqala səbəb olub

9 Aprel 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın İsrailə silah satmasının Nikaraqua tərəfindən genosid siyasəti kimi dəyərləndirilməsi və bununla bağlı beynəlxalq məhkəməyə müraciət etməsi Berlin tərəfindən kəskin etirazlara səbəb olub. Nikaraquanın müraciəti ilə bağlı dinləmələrdə çıxış edən Almaniya nümayəndəsi Tanya fon Uslar-Qleischen deyib ki, bu ittihamların heç bir əsası yoxdur. Onun sözlərinə görə, Almaniya Qəzza zolağında həyata keçirilən soyqırımında iştirak etməyib və edə də bilməz.

O bir daha vurğulayıb ki, Almaniya bu məsələyə ciddi yanaşır və Nikaraquanın "genosid" ittihamını qətiyyətlə rədd edir.

Oxuməni.az