Yevgeniya Qutsul Vladimir Putinlə görüşüb

Yevgeniya Qutsul Vladimir Putinlə görüşüb

9 Aprel 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul Rusiya prezidenti Vladimir Putinlə görüşün təfərrüatlarını açıqlayıb. Görüşün müsbət keçdiyini bildirən Yevgeniya Qutsul qeyd edib ki, görüşdə muxtariyyətə yardım və bir çox güzəştlər haqqında müzakirələr olub.

Əsas kənd təsərrüfatı istehsalçıları üçün güzəştli rüsumların, eləcə də qazın yaxşı qiymətə verilməsi məsələsi həllini tapıb.
“Bizim yaxşı tərəfdaşlarımız var. Qaqauzlara kömək etmək istəyən beynəlxalq dostlarımız da kifayət qədərdir. Bütün bu məsələlərdə bizə kömək edən hər kəsə təşəkkür edirəm“ - deyə Yevgeniya Qutsul, Vladimir Putinə minnətdarlıq edib…

Oxuməni.az