Moldovanın Aİ-yə üzvlüyü məsələsi müzakirəyə çıxarılacaq

Moldovanın Aİ-yə üzvlüyü məsələsi müzakirəyə çıxarılacaq

9 Aprel 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Postsovet məkanı ölkələrindən olan Moldova bu ilin iyun ayının sonuna kimi Avropa İttifaqına üzvlüklə bağlı məsələnin müzakirəyə çıxarılacağına ümid edir. Bu barədə Newsmaker informasiya portalına məlumat verən respublikanın Aİ-dəki səfiri Daniela Morari deyib ki, müzakirələrin uğurla nəticələnəcəyi istisna edilmir.

Onun sözlərinə görə, Belçikanın Aİ Şurasına sədrliyi dövründə üzvlüklə bağlı Moldovanın islahatları uğurla davam etdirməsi barədə müsbət rəy veriləcəyi istisna edilmir.

Xatırladaq ki, mart ayında baş tutan Aİ sammitində Moldova və Ukraynanın quruma üzvlüklüə bağlı islahatları razılıqla qarşılanıb.

Oxuməni.az