Gürcüstan ABŞ-ın ittihamlarını rədd edib

Gürcüstan ABŞ-ın ittihamlarını rədd edib

9 Aprel 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-la Gürcüstan arasında yeni qalmaqal yaranıb. Buna səbəb Rusiya kəşfiyyatçısının Tbilisidəki ABŞ diplomatının həyat yoldaşına hücumu ilə bağlı “The Insider”də gedən araşdırma yazı olub.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti 2021-ci ildə baş verdiyi iddia edilən bu hadisənin yalan olduğunu bəyan edib. Qeyd edilib ki, araşdırma yazı “The Insider”əməkdaşı tərəfindən şişirdilib və müəllifin faktları həqiqəti əks etdirmir.

Qeyd edilib ki, ABŞ Mərkəzi Kəşfiyyatının “The Insider”in araşdırmasını qismən təsdiqləməsi onların reallığı qiymətləndirə bilməməsiin nəticəsidir və Gürcüstan araşdırmada irəli sürülən ittihamları qəti şəkildə rədd edir.

Oxuməni.az