Rəfahda hərbi əməliyyatlar  ağır nəticələrə gətirib çıxara bilər

Rəfahda hərbi əməliyyatlar ağır nəticələrə gətirib çıxara bilər

9 Aprel 07:55
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Rəfahda keçirməyə hazırlaşdığı əməliyyat beynəlxalq aləm tərəfindən birmənalı qarşılanmır.

Bununla bağlı əksər dövlətlər İsrailin Rəfahda həyata keçirməyə hazırlaşdığı əməliyyata etiraz edirlər. Bu müstəvidə də Misir, İordaniya və Fransa liderləri Təl-Əvivə xəbərdarlıq ediblər ki, Rəfahda əməliyyatlar ağır nəticələrə gətirib çıxara bilər. Hər üç dövlətin prezidentləri bəyan ediblər ki, belə bir addımın atılması bölgədə gərginliyi daha da artıracaq və saysız- hesabsız insan ölümlərinə yol açacaq.

Xatırladaq ki, Rəfahda 1,5 milyon fələstinli sığınacaq tapıb və orada hərbi əməliyyat soyqırımı demək olacaq.

Oxuməni.az