İranla Suriya arasında Qəzza münaqişəsi müzakirə edilib

İranla Suriya arasında Qəzza münaqişəsi müzakirə edilib

8 Aprel 21:26
Bəyəndim (0) Bəyənmədim (0)

İranın xarici içlər naziri Hüseyn Əmir Abdullahyan Dəməşqə səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə əsas müzakirə hədəflərindən biri Qəzzadakı münaqişə olub.

Bununla bağlı Əsəd deyib ki, İsrailin Dəməşqdəki İran səfirliyini bombalaması onun Qəzza əməliyyatında uğursuzluğa dükar olması ilə əlaqədardır. Əsədin sözlərinə görə İsrail istədiyinə nail ola bilməyəcək.

İranın xarici içlər naziri Hüseyn Əmir Abdullahyan da qeyd edib ki, İsrail Fələstin xalqını diz çökdürə bilməyəcək.

Əsəd və iranlı nazir eyni zamanda fələstinlilərə yardım məsələsini də müzakirə ediblər.

Oxuməni.az