Rumıniyanın baş naziri Moldova ilə birləşmə variantlarını açıqlayıb

Rumıniyanın baş naziri Moldova ilə birləşmə variantlarını açıqlayıb

4 Aprel 16:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rumıniya və Moldovanın birləşməsi istər Avropa İttifaqı daxilində, istərsə də ondan kənarda baş verə bilər, lakin bunun üçün Moldova vətəndaşlarının istəyi lazımdır, Rumıniyanın baş naziri Marsel Çiolaku yerli mediaya müsahibəsində bildirib.

Baş nazir izah edib ki, ədalətsiz keçmişi dəyişmək mümkün deyil, ancaq gələcək qurmaq mümkündür. O, vurğulayıb ki, birləşmə ya Aİ daxilində baş verə bilər, ya da tərəflər başqa yol tapacaq. Ancaq Çiolaku daha əvvəl birlik istədiyini göstərməli olan ilk dövlətin Moldova olduğunu vurğulayıb.

2022-ci ilin yazında Moldova Prezidenti Maya Sandu bəyan edib ki, Rumıniya ilə birləşmə ancaq xalqın belə bir istəyi olduqda baş verə bilər. İnkişaf və Sosial Təşəbbüslər İnstitutunun 2022-ci ilin dekabrında keçirdiyi sorğu göstərib ki, moldovalıların 53,7 faizi Rumıniya ilə birləşməyə qarşıdır , respondentlərin 32,8 faizi isə bu ideyanı dəstəkləyib.
2023-cü ildə Sandu etiraf edib ki, Rumıniya ilə birləşməyə dəstək var, lakin bu kifayət qədər deyil.

Oxuməni.az