1,4 milyon insanın  Rəfahdan evakuasiyası qeyri-real görünür

1,4 milyon insanın Rəfahdan evakuasiyası qeyri-real görünür

4 Aprel 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail Rəfahda hərbi əməliyyatlara başlayacağı təqdirdə dinc əhali əsl fəlakət yaşamalı olacaq. Çünki bu,atəş altında qalan əhali arasında saysız-hesabsız itkilərə səbəb olacaq. Hələlik İsrail hesab edir ki, vəziyyətdən çıxış yolu Rəfahdakı dinc əhalinin evakuasiyasıdır. Bunu etmək isə heç də asan başa gələcək iş hesab etmək olmaz.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən "NBC News" Vaşinqtondakı adı açıqlanmayan yüksək səviyyəli dövlət rəsmisinə istinadən yazıb ki, ABŞ bu qədər əhalinin evakuasiya edilməsi barədə İsrailin planını qeyr-real hesab edir.

Mənbənin açıqlamasına görə Bayden administrasiyası istənilən halda İsrailin Rəfahdakı əməliyyatının yolverilməz olduğu qənaətindədir.

Oxuməni.az