Qazaxıstanda daşqınlar təbii fəlakətlərə səbəb olub

Qazaxıstanda daşqınlar təbii fəlakətlərə səbəb olub

4 Aprel 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Yazın gəlməsi ilə Qazaxıstanda qarın əriməsi səbəbindən su daşqınları fəlakətli həddə çatıb. Bəzi yerlərdə evlər su altında qalıb, mal-qara daşqınların qurbanlarına çevriliblər. Məsələ ilə bağlı Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, daşqınlar nəticəsində 1364 fərdi yaşayış binası qismən və ya tamamilə su altında qalıb. Bundan əlavə 100-ə yaxın yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib, işıq dirəklərini su aparıb. Hazırda təbii fəlakətə daha şox məruz qalan bölgələrdən əhalinin təxliyəsi davam edir.

Oxuməni.az