İtaliya Ukraynaya yardım fondunun yaradılmasını dəstəkləyir

İtaliya Ukraynaya yardım fondunun yaradılmasını dəstəkləyir

4 Aprel 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

NATO xarici işlər nazirlərinin Brüssel görüşündə Ukraynaya 100 milyard dollar dəyərində yardım fondunun yaradılması ideyası İtaliya tərəfindən dəstəklənib. Bu barədə məlumat verən İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani deyib ki, istənilən halda ölkəsi Ukraynaya ən yüksək səviyyədə yardım göstərməyin tərəfdarıdır.

Nazir eyni zamanda bəyan edib ki, İtaliya bu fondun yaradılmasınin hüquqi və texniki tərəflərini araşdırmaq niyyətindədir. Tajani belə hesab edir ki, Ukraynaya hərbi yardım fondunun yaradılması Ukraynaya cəbhədə vəziyyəti öz xeyrinə dəyişə və Avropanı Rusiyanın təcavüzü təhlükəsindən qoruya bilər.

Oxuməni.az