İsraillə Danimarka arasında silah təchizatı məsələsində problem yaranıb

İsraillə Danimarka arasında silah təchizatı məsələsində problem yaranıb

4 Aprel 07:38
Bəyəndim (0) Bəyənmədim (0)

İsraillə Danimarka arasında silah təchizatı məsələsində problem yaranıb. Buna səbəb İsrail silahının Danimarkaya təchizatının vaxtında həyata keçirilməməsi və gecikməsidir. Məsələ ilə bağlı açıqlama verən Danimarka Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, İsrail istehsalı olan ATMOS özüyeriyən artilleriya sistemlərinin və PULS raket buraxılış sistemləri müqavilədə nəzərdə tutulduğu müddətdə çatdırılmayıb. Buna səbəbin İsrailin müharibə vəziyyətində olması ilə izah edilir.

Öz növbəsində Danimarka müdafiə naziri Troels Lund Poulsen parlament üzvlərinə verdiyi açıqlamada müəyyən səbəblərdən ölkəyə veriləcək silahların nəzərdə tutulduğundan bir il sonra, 2026-cı ildə çatdırılacağını deyib.

Oxuməni.az