Prezident seçkilərinin ikinci turunun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir

Prezident seçkilərinin ikinci turunun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir

4 Aprel 07:11
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 6-da Slovakiyada prezident seçkilərinin ikinci turunun keçiriləcəyi gözlənilir.

Seçkilərin ikinci turunda Sosial Demokrat Piter Pelleqrini və liberal İvan Korcok iştirak edəcək. Xatırladaq ki, mart ayının 23-də Slovakiyada keçirilən prezident seçkilərinin birinci turunda Korçak və Pelleqrini səslərin böyük əksəriyyətini qazanaraq ikinci tura qalıblar. O vaxt Korçok səslərin 42,5, Pelleqrini isə 37,02 faizini qazanmışdı.

Seçkilərin ikinci turunda iştirak edəcək namizədlərin Ukraynaya yardıma münasibətdə mövqeləri fərqlidir. Korçok Ukraynaya yardımın tərəfdarıdır. Pelleqrini isə Ukraynaya hərbi yardıma qarşı çıxır. Ekspertlərin fikrincə namizədlərin seçkilərdə qələbə imkanları bərabərdir.

Oxuməni.az