Gəmi sanksiyalar səbəbindən saxlanılıb

Gəmi sanksiyalar səbəbindən saxlanılıb

3 Aprel 21:00
Bəyəndim (0) Bəyənmədim (0)

“Reuters“ xəbər verir ki, Almaniyanın Rostok limanına daxil olan və hələlik adı qeyd olunmayan yük gəmisi, sanksiyalara görə saxlanılıb.

Kanadanın “CSAL“ şirkəti tərəfindən idarə olunan və Marşal adalarının bayrağı altında üzən gəmi Almaniya gömrüyü tərəfindən saxlanılıb. Məlumatda bildirilir ki, gəminin göyərtəsində Aİ-nin Rusiya əleyhinə sanksiyalarına məruz qalan 251 konteyner ağcaqayın ağacı var.

Hazırda prokurorluq yük gəmisində Almaniyanın xarici ticarət və ödənişlər haqqında qanununun pozulduğunu əsas gətirərək araşdırmalar aparır…

Oxuməni.az