Finlandiya təhlükəsizlik sahəsində Ukraynanın strateji müttəfiqinə çevrilib

Finlandiya təhlükəsizlik sahəsində Ukraynanın strateji müttəfiqinə çevrilib

3 Aprel 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

NATO-ya üzv ölkələrin Ukraynaya hərbi yardımları və Kiyevlə təhlükəsizlik sahəsində əməkdaşlıq barədə müvafiq anlaşmalar imzalamaları yeni mərhələyə qədəm qoyub.

Bununla bağlı növbəti addım Finlandiya tərəfindən atılıb. Belə ki, Finlandiya prezidenti Aleksandr Stubbun Kiyevə səfəri çərçivəsində iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq və Ukraynaya uzunmüddətli dəstək haqqında saziş imzalanıb.

10 il müddətinə imzalanan sazişə görə, Finlandiya Ukraynaya siyasi, o cümlədən müdafiə və təhlükəsizlik sahəsində dəstək verəcək. Xatırladaq ki, Finlandiyadan əvvəl NATO üzvü olan 7 ölkə Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.

Oxuməni.az