İsrail və ABŞ  arasında fikir ayrılıqları davam edir

İsrail və ABŞ arasında fikir ayrılıqları davam edir

3 Aprel 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Qəzza ətrafında gərgin vəziyyətin davam etməsi ABŞ bə onun tarixi müttəfiqi olan İsrail arasında yeni ziddiyyətlərin ortaya çıxmasına səbəb olub. Bunu iki ölkə arasında Rəfahla bağlı Vaşinqtonda keçirilən son görüş də bir daha təsdiq edib.

Məsələ ilə bağlı "Axios" informasiya portalının yaydığı məlumatda deyilir ki, Misirlə sərhəddə yerləşən Rəfah şəhərində İsrail ordusu tərəfindən quru əməliyyatının keçirilməsinə ABŞ razı olmur.

ABŞ dövlət katibi Antoni Blinkenin İsrail strateji planlaşdırma naziri Ron Dermenlə görüşündə Rəfaha sığınan 1 milyon nəfər qaçqının taleyi müzakirə edilib. Dermen Rəfahdakı qaçqınların 4 həftə ərzində oradan köçürülməsini təklif etsə də, Blinken bunun üçün 4 ay vaxt lazım gələcəyini bildirib. Nəticədə tərəflər bu məsələdə razılığa gələ bilməyiblər.

Oxuməni.az