Astanada təhlükəsizlik məsələləri müzakirə ediləcək

Astanada təhlükəsizlik məsələləri müzakirə ediləcək

3 Aprel 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın paytaxtı Moskvada baş verən son terror aktından sonra ilk dəfə Qazaxıstanın paytaxtı Astanada ŞƏT ölkələrinin Təhlükəsizlik Şurası katiblərinin görüşü keçirilir.

Bununla bağlı Qazaxıstan mətbuatında gedən məlumatlara görə, görüşdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) rəsmiləri terrorla mübarizədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və bununla bağlı müvafiq informasiyaların mübadiləsi, beynəlxalq və regional təhlükəsizliklə əlaqədar birgə addımların atılmasını və digər məsələləri müzakirə edəcəklər.

Toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün Qazaxıstan Daxili işlər nazirliyi tərəfindən 10 min polis cəlb edilib.

Oxuməni.az