Ukraynaya əlavə hərbi yardım məsələsi müzakirə ediləcək

Ukraynaya əlavə hərbi yardım məsələsi müzakirə ediləcək

3 Aprel 08:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya əlavə hərbi yardım məsələsi NATO-nun gündəmində qalmaqda davam edir. Bu məsələnin çərşənbə günü keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə müzakirə ediləcəyi gözlənilir.

Öz növbəsində NATO-nun mətbuat xidmətindən bildiriblər ki, iclasda əsas müzakirələr Ukraynaya silah, sursat və mərmilər üçün əlavə tədbirlərin həyata keçirilməsi olacaq.

İclas ərəfəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron NATO-ya üzv ölkələri Ukraynanı silah, sursat və digər hərbi texnika ilə təchiz etməyə çağırıb. O, bunun NATO-nun gələcəyi və Avropanın təhlükəsizliyinin təmin edilməsi üçün olduqca vacib və taleyüklü vəzifələrdən biri olduğunu vurğulayıb.

Oxuməni.az