İsraildə iğtişaş törədənlər həbs edilib

İsraildə iğtişaş törədənlər həbs edilib

3 Aprel 07:12
Bəyəndim (0) Bəyənmədim (0)

İsraildə hökumət əleyhinə keçirilən aksiya zamanı polislə toqquşmalar baş verib. Etiraz aksiyası iştirakçılarından biri əmin-amanlığı bərpa etmək istəyən polislərin üzərinə yanan məşəl atıb. Nəticədə polislər arasında yaralananlar olub. Aksiya iştirakçıları bir sıra tələblər irəli sürüblər. Onla ölkədə növbədənkənar seçkilərin keçirilməsini və Qəzzada HƏMAS girovlarının azad edilməsini tələb ediblər. Aksiyanın qarşısı alınarkən 5 nəfər həbs edilib.

Etirazların bu gün də davam edəcəyi gözlənilir.

Oxuməni.az