Moldova vətəndaşlarının MDB məkanındakı maraqları nəzərə alınacaq

Moldova vətəndaşlarının MDB məkanındakı maraqları nəzərə alınacaq

2 Aprel 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Son illərdə Moldovanın MDB-dən çıxacağı ilə bağlı yayılan məlumatlar hələlik öz təsdiqini tapmır. Bunu hakimiyyətdə olan Fəaliyyət və Həmrəylik Partiyasının sədri İqor Qrosunun son açıqlaması da təsdiq edir. İqor Qrosu məsələ ilə bağlı Moldova radiosuna açıqlamasında deyib ki, ölkəmiz MDB-ni tam şəkildə tərk etmək niyyətində deyil. Onun sözlərinə görə, MDB-ni tam şəkildə tərk etmək ölkə vətəndaşlarının maraqlarına cavab vermir.

Qrosu hazırda yalnız MDB-də onların maraqlarına cavab verməyən sazişlərdən çıxdıqlarını vurğulayıb. O deyib ki, Moldova MDB çərçivəsində imzaladığı 282 sazişdən119-dan çıxacaq.

Oxuməni.az