Almaniya əsrin məhkəməsinə hazırlaşır

Almaniya əsrin məhkəməsinə hazırlaşır

2 Aprel 14:06
Bəyəndim (0) Bəyənmədim (0)

May ayının 21-də Almaniyada ən böyük bir məhkəmə prosesinin keçiriləcəyi gözlənilir. Belə ki, ölkədə dövlət çevrilişi etməyə hazırlaşan sui-qəsdçilər məhkəmə qarşısına çıxarılacaqlar. Bununla bağlı Frankfurt-Maynin Ali Regional Məhkəməsinin yaydığı məlumatda deyilir ki, sui-qəsdçilərin məqsədi ölkədə sabitliyi pozmaq və bu yolla hakimiyyətə gəlmək olub.

Xatırladaq ki, sui-qəsdçilərin planlarının üstü 2022-ci ilin dekabr ayında açılıb. Təqsirləndirilənlər arasında Almaniyada tanınmış sülalərdən biri olan Reiss knyazlığı sülaləsinin varisi də var. Ümumilikdə 27 nəfər sui-qəsdçi məhkəmədə etdiyi əməllərə görə cavab verməli olacaq.

Oxuməni.az