Almaniya Ukraynaya hərbi yardımı artırır

Almaniya Ukraynaya hərbi yardımı artırır

2 Aprel 13:44
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya döyüş sursatıı çatışmazlığından əziyyət çəkən və bu səbəbdən Rusiya qarşısında çətin vəziyyətə düşən Ukraynaya hərbi yardım göstərməyə hazırlaşır. Bununla bağlı "Reuters" agentliyinin yaydığı məlumata görə, Almaniya Çexiyanın Ukraynaya mərmi ilə yardım göstərmək təşəbbüsünə qoşulub. Bu çərçivədə də Almaniya Ukraynaya 180 min mərmi göndərmək qərarına gəlib.

Artıq Almaniya dövlət büdcəsindən 180 min mərminin alınması üçün 576 milyon avro ayrılıb. Mərmilərin yaxın günlərdə Ukraynaya çatdırılacağı gözlənilir.

Oxuməni.az