Makron rejimi Fransada təhlükəsizliyi təmin edə bilmir

Makron rejimi Fransada təhlükəsizliyi təmin edə bilmir

2 Aprel 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın təcavüzünə məruz qalan Ukraynaya qoşun göndərməyə hazırlaşan Emmanuel Makron rejimi faktiki olaraq öz ölkəsində təhlükəsizliyi təmin etməyə qadir deyil. Bunu əhali arasında keçirilən rəy sorğuları da bir daha təsdiq edir. Məsələ ilə bağlı "Le Fiqaro" qəzetinin yazdığına görə, əhali arasında təhlükəsizliyin təmini ilə bağlı narahatlıqlar var. Bunu nəzərə alan "Le Fiqaro"nun sifarişi ilə "Fiducial/Odoxa" fransızlar arasında rəy sorğusu keçirib. Rəy sorğusu zamanı məlum olub ki, fransızların 92 faizi ölkədə təhlükəsizliyin pisləşdiyi qənaətindədir. Ona görə də rəyi soruşulanların 60 faizi öz evlərinin təhlükəsizliyini özlərinin təmin etməyə məcbur olduqlarını bəyan ediblər.

Buna paralel olaraq rəyi soruşulanların 72 faizinin fikrincə, hökumət əhalini cinayətkarlardan qorumağa qadir deyil. Ona görə də vətəndaşların 21 faizi cinayətkarlardan özlərini mühafizə etmək üçün ciblərində və ya əl çantalarında bibər qazı gəzdirməyə məcburdurlar. Bütün bunlar da göstərir ki, Makron rejimi faktiki olaraq Fransanı uçuruma sürükləyir.

Oxuməni.az