Nəqliyyat vasitələri sahiblərinə yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Nəqliyyat vasitələri sahiblərinə yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

2 Aprel 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Cənubi Koreyanın avtomobil istehsalçıları Kia və Hyundai 2023-cü ilin sentyabrında verdiyi açıqlamada ABŞ-da 3,4 milyon avtomobildə yanğın təhlükəsi olduğunu bildirərək, avtomobilləri geri çağırıb.

Nəqliyyat vasitələri sahiblərinə yanğın təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Xəbərdarlıqda bildirilib ki, nəqliyyat vasitələrini açıq yerlərdə, evlərdən və tikililərdən uzaqda saxlasınlar.

Alovlanma əsasən əyləc mayesinin sızması nəticəsində elektrik cərəyanı ilə əlaqəyə girərkən baş verir.

Əlavə olaraq o da bildirilib ki, ötən ilin sentyabr ayından bu yana avtomobillərlə bağlı heç bir yanğın hadisəsi baş verməyib.

Geri cağırılan avtomobillərin təmir prosesi isə uzanır. Təmirin ləngiməsinə əsas səbəb kimi hissələrin təchizatındakı problemlər göstərilir. Mütəxəssislər isə bildirirlər ki, bu cür uzunmüddətli təmir prosesləri ciddi problemlərdən xəbər verir…

Oxuməni.az