Vladimir Putinin Türkiyəyə səfəri baş tutmaya bilər

Vladimir Putinin Türkiyəyə səfəri baş tutmaya bilər

2 Aprel 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Media: Rusiya Federasiyası, Misir və Almaniya prezidentlərinin Türkiyəyə səfərləri apreldə baş tuta bilər

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri ətrafında müəmmalar davam edir. Ötən ilin ortalarından bəri Putinin Türkiyəyə səfəri və onun vaxtı barədə rəsmi səviyyədə məlumatlar yayılsa da, son məqamda müxtəlif səbəblər təxirə salınmışdı. Ötən ay isə həm Türkiyə, həm də Rusiya mətbuatında Putinin aprelin 8-də Türkiyəyə səfər edəcəyi barədə məlumatlar yayılmışdı. Bununla belə hadisələrin gedişi göstərir ki, Putinin Türkiyəyə səfəri apreldə də baş tutmaya bilər.

Bunu Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun məsələ ilə bağlı artıq ənənəyə çevrilən açıqlaması da bir daha təsdiq edir. Peskov həmişə olduğu kimi bəyan edib ki, Putinin Türkiyəyə səfərinin dəqiq vaxtı müəyyən edilməyib və bununla bağlı məsləhətləşmələr davam edir.

Bütün bunlar isə Putinin Türkiyəyə səfərinin ümumiyyətlə baş tutmayacağını ehtimal etməyə imkan verir.

Oxuməni.az