İki ölkə rəhbərləri birlik günü münasibətilə bir-birini təbrik ediblər

İki ölkə rəhbərləri birlik günü münasibətilə bir-birini təbrik ediblər

2 Aprel 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Vladimir Putin və Aleksandr Lukaşenko iki ölkə xalqlarının birliyi günü münasibətilə bir-birini təbrik ediblər. “RİA Novosti” xəbər verir ki, Rusiya və Belarus xalqlarının birlik günü aprelin 2-də qeyd olunur. 1996-cı ilin bu günündə ölkələr “Rusiya və Belarus birliyinin yaradılması haqqında” saziş imzalayıblar.

Rusiya prezidenti çıxışında bu il Avrasiya məkanında sabitliyi və təhlükəsizliyi gücləndirəcək yeni tədbirlər kompleksinin qəbul edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Lukaşenko isə öz növbəsində, bu birlryin unikal birgə layihə olduğunu qeyd edib. Eyni zamanda ölkə başçıları bu layihəni postsovet məkanında ən uğurlu inteqrasiya nümunəsi adlandırıblar…

Oxuməni.az