Türkiyə yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir

Türkiyə yenidən beynəlxalq aləmin diqqət mərkəzindədir

2 Aprel 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Martın 31-də keçirilən bələdiyyə seçkilərində hakim İnkişaf və Tərəqqi Partiyasının məğlub olması beynəlxalq aləmdə Türkiyədə demokratiyanın təntənəsi kimi dəyərləndirilərək bu ölkəyə marağın daha da artmasına səbəb olub. Bu baxımdan aprel ayının siyasi baxımdan Türkiyədə olduqca maraqlı keçəcəyi gözlənilir. Belə ki, bu ayda Türkiyəyə bir çox ölkələrin, o cümlədən Almaniya, Misir və Rusiya prezidentlərinin səfərləri gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə İraqa səfər edəcək.

Bu səfərlərin hər birinin Türkiyə və beynəlxalq aləm üçün önəmli əhəmiyyəti olacağı isə şübhə doğurmur. Məsələn, Frank-Valter Ştanmayer son 10 ildə Türkiyəyə səfər edən ilk Almaniya prezidenti olacaq. Təbii ki, onun bu səfərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyacağı şübhə doğurmur. Eyni sözləri Misir prezidenti Əbdülfəttah əs-Sisinin Türkiyəyə gözlənilən səfəri haqqında demək olar.

Konkret olaraq Rusiya prezidenti Valdımir Putinin Türkiyəyə səfərinə gəlincə, hadisələrin gedişi göstərir ki, müəyyən səbəblərdən Moskva bu məsələdə tərəddüd edir.

Nəhayət Ərdoğanın aprelin sonunda İraqa gözlənilən səfəri zamanı da bölgədə sabitliyin bərpası üçün önəm daşıyan məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Oxuməni.az