Şimali Koreya Yaponiya ilə münasibətləri gərginləşdirməkdə davam edir

Şimali Koreya Yaponiya ilə münasibətləri gərginləşdirməkdə davam edir

2 Aprel 08:15
Bəyəndim (0) Bəyənmədim (0)

Şimali Koreyanın keçirdiyi növbəti ballistik raket sınağı Yaponiyada əsəbiliklə qarşılanıb. Məsələyə münasibət bildirən Yaponiyanın baş naziri Fumio Kişida Şimlai Koreyanın belə bir hərəkətinin qəbuledilməz olduğunu söyləyib. O Tokioda jurnalistlərə açıqlamasında deyib ki, biz bununla bağlı qarşı tərəfə dəfələrlə etiraz etmişik, amma buna baxmayaraq Şimali Koreya bölgədə gərginliyi davam etdirməkdə maraqlı görünür.

Kisida Şimali Koreyanın düşünülmüş şəkildə bölədə vəziyyəti gərginləşdirməsi ilə bağlı ABŞ və Cənubu Koreya ilə fikir mübadiləsi etdiklərini və ölkənin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirdiklərini bəyan edib.

Oxuməni.az