Konqoda ölkəni qadın baş nazir idarə edəcək

Konqoda ölkəni qadın baş nazir idarə edəcək

2 Aprel 07:59
Bəyəndim (0) Bəyənmədim (0)

Afrikanın nisbətən demokraril ölkələrindən biri hesab edilən Konqoda ilk dəfə qadın baş nazir ölkəni idarə etməyə başlayıb. Bu barədə Konqo mətbuatının yaydığı məlumatda deyilir. Judith Suminwa Tuluka baş nazir vəzifəsində Konqo televiziyasına verdiyi müsahibəsində deyib ki, məsul bir vəzifəni həyata keçirəcəyəm, çətinliklər var, ancaq onların öhdəsindən gələ biləcəyimi düşünürəm.

Qeyd edək ki, Tuluka bu vəzifədə son üç ildə bu vəzifəni icra edən və bu yaxınlarda istefa verən Jan-Mişel Sama Lukondeni əvəzləyib.

Tuluka baş nazir təyin edilməzdən öncə planlaşdırma naziri vəzifəsini həyata keçirib.

Beləliklə Tuluka Konqo tarixində ilk baş nazir olub.

Oxuməni.az