İsrailin hava zərbələri İranı dəhşətə gətirib

İsrailin hava zərbələri İranı dəhşətə gətirib

2 Aprel 07:24
Bəyəndim (0) Bəyənmədim (0)

İsraillə İran arasında davam edən "hərbi duet" özünün ən pik nöqtəsinə çatıb. Bunu İsrailə məxsus hava hucumundan müdafiə güclərinin Dəməşqdəki İran konsulluğunun binasına endirdiyi zərbələr də bir daha təsdiq edir. Hücum nəticəsində yerlə-yeksan edilən konsulluq binasında ölənlər arasında İranın məşhur generallarından hesab edilən Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi də var.

Zahedi SEPA-nın Suriya və Livandakı Əl-Qüds Xüsusi Qüvvələrinin komandiri idi. Rəhimi isə Hizbullah, Livan və Fələstin təşkilatları ilə qarşılıqlı fəaliyyətin aparıcı fiqurlarından biri hesab edilirdi.

Hava zərbələri nəticəsində ölənlər arasında digər yüksək səviyyəli zabitlərin və diplomatların da olduğu gələn məlumatlar arasındadır. Hələlik ölənlərin 11 nəfər olması bildirilir, amma onların saylarının artacağı istisna edilmir.

Oxuməni.az