Təhlükəsizlik tələbləri zamanı qanun pozuntularına yol verilib

Təhlükəsizlik tələbləri zamanı qanun pozuntularına yol verilib

1 Aprel 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir ki, Amur vilayətindəki “Pioner” mədənində idarə rəisnin müavini və idarənin təhlükəli istehsalat sahəsinə nəzarət şöbəsinin baş inspektoru saxlanılıb.

Mədənin fəaliyyətində qanun pozuntularına yol verilib. Uzun müddət mədən kobud qanun pozuntuları ilə istismar edilib.

Hazırda təhlükəsizlik tələblərinin pozulması ilə bağlı cinayət işi üzrə istintaq davam etdirilir. Son məlumata görə mədənin direktoruna qarşı da ittiham irəli sürülüb və həbs edilib.

Xatırladaq ki, Rusiyada, Amur vilayətindəki “Pioner” mədənində çökmə nəticəsində 13 nəfər şaxtaçı mədəndə qapalı vəziyyətdə qalıb və hazırda onların heç birindən xəbər yoxdur.

Oxuməni.az