Ukraynadakı müharibə  Çexiyanın hərbi sənayesinin sürətli inkişafına təkan verib

Ukraynadakı müharibə Çexiyanın hərbi sənayesinin sürətli inkişafına təkan verib

1 Aprel 16:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada davam edən müharibə silah satışı ilə məşğul olan ortabab ölkələrdən biri olan Çexiyada hərbi sənayenin sürətli inkişafına gətirib çıxarıb. Məlum olub ki, müharibə nəticəsində Çexiyanın hərbi sənaye şirkətləri qısa müddətdə silah satışından böyük həcmdə gəlir əldə ediblər.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən Euractiv yazır ki, Çexiyanın "Colt CZ" hərbi şirkəti silah satıçından 600 milyon avro qazanc əldə edib.

Çexiyanın "Omnipol" və "Czechoslovak" hərbi sənaye şirkətlərinin də silah satışından əldə etdiyi gəlirləri onlar üçün rekord hesab ediləcək səviyyəyə qədər artıb.

Araşdırmalar göstərib ki, Çexiya şirkətləri tərəfindən istehsal edilən silah-sursatın 80 faizindən çoxu Ukraynaya və digər NATO ölkələrinə satılıb.

Oxuməni.az