Rusiyalı casusun həbsi Avstriyada çaxnaşma yaradıb

Rusiyalı casusun həbsi Avstriyada çaxnaşma yaradıb

1 Aprel 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynaya silah tədarükündə təmkinli mövqe nümayiş etdirən Avstriya daxilində yeni çaxnaşma yaranıb. Buna səbəb Avstriya Konstitusiyasının Mühafizəsi və Terrorla Mübarizə Federal İdarəsinin (BVT) keçmiş əməkdaşı Egisto Ottun Rusiyanın xeyrinə casusluq etməsinin ortaya çıxması olub. Araşdırmalar zamanı məlum olub ki, Egisto Ott vəzifəsindən sui-istifadə edərək Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin telefonlarından Rusiyaya ölkənin sirrlərini göndərib.

Öz növbəsində Avstriya kansleri Karl bildirib ki, məsələ olduqca ciddidir və bu, ölkənin təhlükəsizliyini şübhə altına ala bilər. O deyib ki, Rusiyanın casus şəbəkələrinin ölkəmizdə at oynatmasına imkan verməyəcəyik.

Onu da deyək ki, ölkə daxilində çaxnaşma yaradan qalmaqalla bağlı Avstriya Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Oxuməni.az