Tayvanda müdafiə nazirinin oğlu ilə bağlı qalmaqal yaranıb

Tayvanda müdafiə nazirinin oğlu ilə bağlı qalmaqal yaranıb

1 Aprel 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə gündür ki, Tayvanda müdafiə nazirinin oğlunun qeyri-etik hərəkətləri ətrafında əmələ gələn qalmaqal səngimək bilmir. Buna səbəb Tayvan müdafiə naziri Qiu Quozhengin Milli Təhlükəsizlik İdarəsində işləyən oğlunun hərəkətləridir. Nazirin oğlu fahişələrin xidmətindən istifadə edərək pornoqrafik materiallar hazırlayıb. Bu barədə məlumat yayan Yichuanmei informasiya portalı onlarda məsələ ilə bağlı videomaterialların olduğunu bildirib. Bu isə ölkə daxilində böyük ajiotaja səbəb olub. Öz növbəsində qalmaqalla bağlı istefa verməyəcəyini bildirən Qiu Quozheng baş verən hadisəyə görə üzr istəyib. O, eyni zamanda oğlunun hərəkətindən əzab çəkdiyini və məhkəmə prosesi zamanı ona kömək etməyəcəyini bildirib.

Oxuməni.az