Belqoroddan uşaqlar Rusiyanın içərilərinə köçürülür

Belqoroddan uşaqlar Rusiyanın içərilərinə köçürülür

1 Aprel 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna tərəfindən Belqoroda edilən hücumların ara verməməsi Rusiyanı adı çəkilən bölgədən uşaqların təxliyə edilməsi barədə qərar qəbul etməyə məcbur edib. Bu barədə məlumat verən bölgənin qubernatoru Vyaçeslav Qladkov deyib ki, 6 mindən çox uşaq Belqoroddan Rusiyanın müxtəlif bölgələrinə təxliyə edilib. Onun sözlərinə görə, uşaqların Belqoroddan təhlükəsiz ərazilərə təxliyə edilməsi Ukrayna tərəfindən regiona endirilən zərbələrlə bağlıdır.

Qubernator qeyd edib ki, uşaqlar Belqoroddan Rusiyanın 30 regionuna, o cümlədən Samara, Saransk, Nijni Novqorod, Tambov, Yamalo-Nenets Muxtar Dairəsi, Xantı-Mansiysk Muxtar Dairəsi və Stavropol diyarına təxliyə edilib.

Oxuməni.az