Estoniyada rusların  səsvermə hüquqlarından məhrum edilməsi gözlənilir

Estoniyada rusların səsvermə hüquqlarından məhrum edilməsi gözlənilir

1 Aprel 13:13
Bəyəndim (0) Bəyənmədim (0)

Estoniyanı idarə edən hakim partiya ölkədə rus dilinin təsirini minimuma endirmək qərarına gəlib. Bu məqsədlə hakim İslahat Partiyası müəyyən şərtlər daxilində Estoniyada yaşayan Rusiya vətəndaşlarının yerli bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum edilməsi barədə qanun layihəsini müzakirə etməyə hazırlaşır.

Bu barədə hakim partiyanın yüksək səviyyəli rəsmisi Pärtel-Piter Pere Estoniya televiziyasına müsahibəsində bildirib. O, Estoniyada rus düçüncəsindən, rusdillilikdən xilas olmanın vacibliyini bir daha xüsusi vurğulayıb.

Estoniyanın İsamaa (Vətən) partiyasının Tallin bölgəsinin lideri Riina Solman da bildirib ki, Estoniyada rus dilinin təsirinin azaldılması və eston düşüncəsinin bərpa edilməsi önəmli bir vəzifədir.

Oxuməni.az