Polşa müharibə təhlükəsi ilə bağlı bomba sığınacaqlarının təmirinə hazırlaşır

Polşa müharibə təhlükəsi ilə bağlı bomba sığınacaqlarının təmirinə hazırlaşır

1 Aprel 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın cəbhədə Rusiya qarşısında ağır vəziyyətə düşməsi Polşada həyacanla qarşılanmaqdadır. Məsələ ilə bağlı hökumət əhalinin təhlükəsizliyini təmin etmək üçün hələ soyuq müharibə dövründə inşa edilən sığınacaqların təmir edilməsinin vacibliyini gündəmə gətirib.

Sığınacaqların təmiri ilə bağlı RAR agentliyinə verdiyi müsahibəsində Daxili İşlər Nazirliyinin rəis müavini Vislav Leszniakev deyib ki, ilkin hesablamalara görə adı çəkilən obyektlərin təmiri hökumətə təxminən 2,7 milyard zlotiya (675 milyon dollar) başa gələcək. Onun sözlərinə görə, bomba sığınacaqları təmir edildikdən sonra orada 300 min nəfərin təhlükəsizliyini təmin etmək mümkün olacaq.

Bundan əlavə hökumət çoxmərtəbəli yaşayış binalarını inşa edən iş adamlarına sahəsi 35 kvadrat metr olan bunkerlər tikməyə icazə verəcək qanun layihəsini müzakirəyə çıxarmağa hazırlaşır.

Oxuməni.az