ABŞ və Rumıniya Moldovada Rusiyaya qarşı yeni cəbhə açmağa hazırlaşır

ABŞ və Rumıniya Moldovada Rusiyaya qarşı yeni cəbhə açmağa hazırlaşır

1 Aprel 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 1-də Moldovada JCET-2024 (Joint Combined Exchange Training) birgə hərbi təlimləri başlayıb. Hərbi təlimlərdə Rumıniya və ABŞ hərbçiləri də iştirak edir. Onu da deyək ki, aprelin 1-dən 19-na kimi davam edəcək hərbi təlimlərdən məqsəd Rusiya təhlükəsi qarşısında qalan Moldovanın müdafiəsinin təmin edilməsidir. Təlimlərdə Moldova ilə birlikdə Rumıniya və ABŞ hərbi desant gücləri, həmçinin xüsusi təyinatlı "Pantera" və "Fulqer" qüvvələri də müxtəlif taktiki gedişləri sınaqdan çıxaracaqlar. Hərbi ekspertlərin fikrincə, təlimlərdən məqsəd bölgədə Rusiyaya qarşı yeni cəbhə açılmasını sınaqdan keçirməkdir. Bir sözlə ABŞ NATO üzvü olan Rumıniya ilə birlikdə Moldovada Rusiyaya qarşı yeni cəbhə açmaq niyyətindədir. Bu məqsədlə Rusiyanın himayə etdiyi qondarma Dnestranı respublikasl ilə Moldova arasında münaqişəni körükləmək də ABŞ-ın bölgədə öz planını həyata keçirməsində önəmli rol oynaya bilər.

Oxuməni.az