İsrail qoşunları "Əş-Şifa"nı tərk edib

İsrail qoşunları "Əş-Şifa"nı tərk edib

1 Aprel 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatın bir hissəsi başa çatıb. Bununla bağlı İsrail Müdafiə Nazirliyinin verdiyi məlumata görə, "Əş-Şifa"da əməliyyatlar başa çatıb. Qeyd edilir ki, ordu qarşıya qoyulan vəzifələri tam şəkildə həyata keçirib. Məlumatda xəstəxanada özünə müdafiə sistemləri quran terrorçuların məhv edildiyi vurğulanıb.

Bununla belə məlumatda o da vurğulanır ki, Qəzzanın digər ərazilərində əməliyyatlar davam etdirilir. Bu müstəvidə də İsrail hava qüvvələrinə məxsus helikopter bu səhər HƏMAS-a aid hərbi obyektə zərbələr endirib. Bundan əlavə Xan Yunis şəhəri ərazisindəki HƏMAS-a məxsus obyekt də darmadağın edilib.

Oxuməni.az