İsrail və ABŞ arasında bölgədəki vəziyyətlə bağlı müzakirələr aparılacaq

İsrail və ABŞ arasında bölgədəki vəziyyətlə bağlı müzakirələr aparılacaq

1 Aprel 08:09
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Qəzzaya hücumunun davam etməsi Vaşinqtonla Tel-Əviv arasnda müəyyən gərginliyə səbəb olub. Xüsusi ilə İsrailin Misirlə sərhəddə yerləşən Rəfah şəhərinə hücuma hazırlaşması Vaşinqtonda narazılıqla qarşılanır. Bunu nəzərə alaraq aprelin 1-də Vaşinqtonda ABŞ-la İsrail arasında məsləhətləşmələr keçiriləcək.

Məsləhətləşmələrdə İsrailin strateji planlaşdırma naziri Ron Dermer, Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və digər şəxslərin iştirak edəcəyi gözlənilir. Görüşdə əsas müzakirə hədəfinin Qəzza bölgəsində vəziyyət, İsrailin Rəfah bolgəsinə hücuma hazırlaşması və buna alternativ yolların araşdırılması olacaq.

Oxuməni.az