Bələdiyyə seçkilərində müxalifət qələbəni bayram edib

Bələdiyyə seçkilərində müxalifət qələbəni bayram edib

1 Aprel 07:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə keçirilən bələdiyyə seçkilərində gözlənilmədən iri şəhərlərdə Cümhuriyyət Xalq Partiyası ölkəni idarə edən hakim Ədalət və İnkişaf Partiyasından çox səs toplayıb.

Müxalifət əsasən iri şəhərlərdə, o cümlədən İstanbul, Ankara və İzmir şəhərlərində qələbəni bayram edib. Məlum olub ki, Ankarada müxalifət namizədi Mənsur Yavaş AKP-li rəqibi Turqut Altınoku, İstanbulda Əkrəm İmamoğlu hakim partiyanın namizədi Murat Kurumu daha çox səslə üstələyib. Buna paralel olaraq Antalya və İzmir şəhərlərində də müxalifət namizədləri daha çox səslə bələdiyyə sədrləri seçilib.

Oxuməni.az