Türkiyə Prezidenti: Seçkidən dövlətimiz və millətimiz üçün xeyirli nəticələrin çıxacağını düşünürəm

Türkiyə Prezidenti: Seçkidən dövlətimiz və millətimiz üçün xeyirli nəticələrin çıxacağını düşünürəm

31 Mart 15:31
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə qısa müddət ərzində ard-arda həm Prezident, həm də yerli özünüidarə orqanlarına seçkilər keçirildi. Təbii ki, qısa vaxt ərzində baş tutan bu iki seçki həm vətəndaşı, həm də bizi yordu. Çünki, böyük bir təşviqat kampaniyası keçirildi. Bu kampaniyanın ardından bu seçkidən dövlətimiz və millətimiz üçün xeyirli nəticələrin çıxacağını düşünürəm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində yerli özünüidarə orqanlarına keçirilən seçkilərdə səs verdikdən sonra mediaya açıqlamasında bildirib.

Göstərdiyi sədaqətə görə həm şəxsi, həm də rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AK Parti) üzvləri adından xalqa təşəkkürünü ifadə edən Türkiyə Prezidenti bu və əvvəlki seçkilərin ölkə üçün yeni dövrün, yeni əsrin başlamasına vəsilə olmasını arzu etdiyini bildirib.