İranlı general bəzi İslam ölkələrini hədələdi
"İsrailin Fələstinə təcavüzündə bəzi İslam ölkələrinin ayaq izlərinin şahidi oluruq".
Yenisabah.az Akharinkhabar-ə istinadla xəbər verir ki, bunu İran ordusunun təmsilçisi Məhəmməd Əkrəminiya deyib.
O əlavə edib: "İslam ölkələri bilməlidirlər ki, İsrail güc qazanarsa, öz məqsədlərinə çatmaq üçün heç bir ölkəyə rəhm etməyəcək və İslam ölkələrinin başçıları bunu anlamır".
Briqada generalı Məhəmməd Əkrəminiya vurğulayıb: "Müqavimət yolu Fələstini xilas etməyin yeganə yoludur və bu yolu Fələstin xalqı seçib".
Digər xəbərlər