BMT: Dünyada alovlanan 55 silahlı münaqişə humanitar böhranlara gətirib çıxarır

BMT: Dünyada alovlanan 55 silahlı münaqişə humanitar böhranlara gətirib çıxarır

4 Mart 20:32
Bəyəndim (0) Bəyənmədim (0)

Dünyada alovlanan 55 silahlı münaqişə humanitar böhranlara gətirib çıxarır və eskalasiya təhlükəsi yaradır. Bunu Cenevrədə BMT İnsan Haqları Şurasının (İHŞ) 55-ci sessiyasında çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib.

"Dünyada 55 münaqişə var" deyən Volker Türk, "milyonlarla mülki şəxsə dağıdıcı təsir göstərən" beynəlxalq humanitar hüququn və insan hüquqlarının geniş miqyaslı pozulmasına diqqət çəkib. "Əhalinin yerdəyişməsi və humanitar böhranlar artıq görünməmiş həddə çatıb. Bütün bu münaqişələrin regional və qlobal nəticələri var", - Türk vurğulayıb.

BMT Ali Komissarının sözlərinə görə, “nadir hallarda bəşəriyyət bu qədər şiddətlənən böhranlarla üzləşib”. O, fövqəladə halların üst-üstə düşməsinin münaqişənin böyüməsi riskini artırdığını bildirib. "Qəzzədəki müharibənin bütün Yaxın Şərq üçün partlayıcı nəticələri var. Afrika Buynuzu, Sudan və Sahel də daxil olmaqla, digər bölgələrdəki qarşıdurmalar da kəskin şəkildə arta bilər" deyən Türk əlavə edib ki, "Koreya yarımadasının artan hərbiləşməsi. təhdidlərin səviyyəsini artırır”.

O, həmçinin "Konqo Demokratik Respublikasının şərq əyalətlərində pisləşən təhlükəsizlik böhranını" və "Qırmızı və Qara dənizlərdə malların qlobal hərəkətinə zərbələr yaradan hücumları" xatırladıb.

Oxuməni.az