Belçika polisi antiterror əməliyyatı keçirib

Belçika polisi antiterror əməliyyatı keçirib

4 Mart 19:16
Bəyəndim (0) Bəyənmədim (0)

Belçika polisi Brüssel, Ninove, Şarlerua və Lyej şəhərlərində dörd axtarış və həbs keçirib.

Yerli media bildirir ki, polis islamçı ekstremistlərlə əlaqədə şübhəli bilinən potensial zorakılıq edən şəxsləri araşdırır. Belə ki, ciddi təhlükəsizlik tədbirləri və federal polisin xüsusi bölmələrinin dəstəyi ilə müşayiət olunan dörd şəhərdə gücləndirilmiş axtarışlar aparılıb. Nəticədə bir yetkin və üç azyaşlı sakin saxlanılıb.

Şübhəlilərin müəyyən mesajlaşma xidməti vasitəsilə əlaqə saxladıqları və hücum planları hazırladıqları bildirilir. Səlahiyyətlilər əməlin törədilməsinin qarşısını almaq üçün tədbir görməyə qərar veriblər. Lakin axtarışlar zamanı müstəntiqlər heç bir silah və ya partlayıcı tapmayıblar.

Oxuməni.az