Aİ Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün istifadə edə bilər

Aİ Rusiyanın aktivlərindən Ukraynaya silah almaq üçün istifadə edə bilər

4 Mart 17:19
Bəyəndim (0) Bəyənmədim (0)

İki həftə ərzində Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə istifadəsi ilə bağlı rəsmi təklif verəcək. Ola bilər ki, pullar silaha yönəlsin. Bu barədə RBC-Ukrayna Euractiv-ə istinadən xəbər verir.

Nəşrin qeyd etdiyi kimi, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen gözlənilmədən keçən həftə deyib ki, “dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynaya hərbi texnikanın alınması üçün istifadə edilməsi haqqında danışmağa başlamağın vaxtı çatıb”.

Əvvəllər hesab olunurdu ki, pul Ukraynanın bərpasına getməlidir. "Biz dedik ki, bu gəlir Ukraynanın bərpasına sərf olunacaq", - Aİ diplomatı bildirib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından sonra Qərb ölkələri Rusiyanın təxminən 280 milyard avro dəyərində aktivlərini dondurmuşdu. Aktivlərin ən böyük payı, yəni Rusiya mərkəzi bankının investisiya etdiyi qiymətli kağızlar Brüsseldə yerləşən Euroclear depozitarında dondurulub. Belçika Euroclear beynəlxalq depozitari vasitəsilə yerləşdirilmiş 250 milyard avroluq Rusiya aktivlərini dondurub.

Dünya Bankının hesablamalarına görə, Rusiyanın işğalı nəticəsində Ukraynanın iqtisadi itkiləri 499 milyard dollar təşkil edir.

Oxuməni.az